4 boksçumuz Polşada 1/4 finala vəsiqə qazandı - Avropa Oyunları
Azərbaycanın 4 boksçusu Polşada keçirilən III Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
MediaSport.az xəbər verir ki, qadınlardan Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq), kişilərin mübarizəsində isə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) medal uğrunda çıxışlarını davam etdirmək imkanı əldə ediblər.
Ölkəmizi 75 kq-da təmsil edən Aynur Rzayeva isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.
1/4 final döyüşləri bu gün keçiriləcək.