Ardıcıl məğlubiyyətlərə görə bölgə klubunda TƏCİLİ TOPLANTI

Ardıcıl məğlubiyyətlərə görə bölgə klubunda TƏCİLİ TOPLANTI

Mövsümə uğursuz başlayan "Araz Saatlı" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda komandanın 1-ci Liqaya startı, görülən işlər və gələcək planlar müzakirə olunub.

Görüş zamanı klubun baş məşqçisi Şəhriyar Məmmədov komandanın geridə qalan 3 turun hamısında məğlub olması barədə məlumat verib. O, ilk dəfə peşəkar turnirdə çıxış edən Saatlı təmsilçisinin təcrübəsiz olduğunu qeyd edib, növbəti oyunlarda daha uğurlu nəticələr qazanılacağına əminliyini vurğulayıb.

Görüşdə iştirak edən Müşahidə Şurasının sədri Güloğlan Məmmədov və şuranın üzvləri qarşıdakı oyunlarda komandanın çətin vəziyyətdən çıxacağını qeyd edərək, futbolçulara böyük etimadlarının olduğunu bildiriblər.