"İrəvan"da qalmaqallar səngimir: 4 əsas futbolçu komandanı tərk edib
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "İrəvan"da xoşagəlməz hadisələr davam edir.
Mediasport.az xəbər verir ki, maaşlarını ala bilməyən futbolçulardan 4-ü komandadan ayrılıb.
Vaxtilə Premyer Liqada oynamış Vüqar Bəybalayev, Mirabdulla Abbasov, Mirsahib Abbasov və İbrahim Əliyev klubla müqaviləni birtərəfli qaydada pozub.
Qeyd edək ki, futbolçular 5-ci tur çərçivəsində İmişli səfərinə getməkdən yollanaraq yerli klubla oyunu boykot etmişdilər.
6-cı turda meydana buraxmağa futbolçu tapmayan baş məşqçi Nazim Süleymanov "Şamaxı" ilə görüşdə qapıçını meydana oyunçu kimi buraxmışdı.
"İrəvan" bir neçə dəqiqə sonra Mingəçevidə eyniadlı komanda ilə qarşılaşacaq.