Azərbaycan 1-ci Liqası: "Şamaxı" və MOİK inamlı qələbə qazanıb
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 22-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Premyer Liqaya yüksəlməyə iddialı "Şamaxı" 3 xalı 6 qolla qazanıb.
İddialılardan MOİK də turu qələbə ilə başa vurub.
Tura sabah baş tutacaq 3 görüşlə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 22-ci tur
"İrəvan" - "Şamaxı" 2:6
Qollar: Samir Qurbanov, 4, Bayram Əliyev, 85 - Bəhruz Teymurov, 31, Elşad Tağıyev, 33 (pen.), 53, 82 (pen.), Qurban Səfərov, 37, Səbayıl Bağırov, 67.
MOİK - "Mingəçevir" 3:1
Qollar: Sabir Allahquliyev, 73, Ramil Orucov, 88, Elşan Sabbaği, 90+4 - Aqil Nəsibov, 70.
18 aprel
"Zaqatala" - "Araz Saatlı"
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala OİK stadionu, 15:00.
"Difai Ağsu" - "İmişli"
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Şamaxı şəhər stadionu, 15:30.
"Karvan" - "Qaradağ Lökbatan"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 16:00.