"Şamaxı"da 2 ayrılıq
Azərbaycan 1-ci Liqa təmsilçisi "Şamaxı" 2 futbolçu ilə vidalaşıb.
Mediasport.az xəbər verir ki, hücumçular Emil Qasımov və Rövşən Şahmuradovla müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu bölgə təmsilçisi 12 oyundan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.