Dortmund "Borussiya"sı UEFA Çempionlar Liqasının finalında!
Avropa qitəsinin ən nüfuzlu, dünyanın ən baxımlı futbol yarışı UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yarımfinalın ilk cavab oyunu Parisdə keçirilib.
Ötən həftə Dortmundda minimal hesablı məğlubiyyət alan PSJ doğma publika qarşısında "Borussiya"dan revanş götürməyə çalışsa da, almanlar Fransada da eyni hesabla qələbə qazanaraq adlarını Londonda keçiriləcək həlledici qarşılaşmaya yazdırıblar.
Digər yarımfinal görüşü bu gecə "Real" və "Bavariya" arasında oynanılacaq.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
23:00 PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) 0:1
Qol: Mats Hummels, 50.
Baş hakim: Daniele Orsato (İtaliya)
Fransa, Paris, "Park de Prens" stadionu. İlk matç - 0:1.
PSJ: Donnarumma, Hakimi, Markinyoş, Beraldo, Nunu Mendeş, Zair-Emeri, Vitinya, Ruiz, Dembele, Qonsalo Ramoş, Mbappe.
"Borussiya": Kobel, Rierson, Hummels, Şllotterbek, Maatsen, Emre Can, Sabitzer, Adeyemi, Brandt, Sanço, Füllkruq.