Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçildi

Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçildi

UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yan Maatsenin 1/4 finalın cavab duelində "Atletiko”ya (İspaniya) vurduğu qol ən yaxşı adına layiq görülüb.

22 yaşlı niderlandlı komanda yoldaşı Niklas Fullkruq, PSJ-dən Vitinya və "Bavariya"dan Josua Kimmixi qabaqlayıb.

Qeyd edək ki, “Atletiko” üzərində 4:2 hesablı qələbə qazanan ilk matçda uduzsa da (1:2), ümumi nəticədə üstün olduğu üçün “Borussiya” yarımfinala yüksəlib.