Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşəcək

  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşəcək

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, həftənin ən yaxşısı adı uğrunda 4 futbolçu mübarizə aparacaq.

Bunlar "Arsenal"dan Martin Odeqar, "Mançester Siti"dən Fil Foden, "Barselona"dan Rafinya və "Atletiko"dan Antuan Qrizmanndır.

Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.