Çingiz Əlləzov erməni döyüşçü Marat Qriqoryandan revanş aldı - FOTOLAR
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
mediasport.az xəbər verir ki, 30 yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub. Bununla da o, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. Həmyerlimiz “ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.