Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan idmançısı Eduard Məmmədov növbəti dəfə kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Türkiyənin İstanbul şəhərində keçirilən yarışda 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Məmmədov "master class" kateqoriyasının "Light Contact ve Kick Light" versiyasında 5 döyüş keçirib.

O, finalda İsveç idmançısı Ahlvarsson Olaya qalib gələrək iki qızıl medal əldə edib.

Beləliklə, təmsilçimiz WAKO versiyası üzrə Dünya Kubokunun 11 qat qalibi olub.