Deputat Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüşdü

Deputat Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüşdü

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev Polşada keçiriləcək III Avropa Oyunlarına hazırlaşan idmançılar və onların məşqçiləri ilə görüşüb.

MediaSport.az xəbər verir ki, görüşdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev də iştirak edib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Polşadakı yarışda iştirak edəcək idmançılara uğurlar arzulayaraq onlardan medal gözlədiyini deyib.

Qeyd edək ki, kikboksin yarışları 30 iyun-2 iyul tarixlərində Mışlenitse şəhərində keçiriləcək. Azərbaycanı bu idman növündə Fərid Ağamoğlanov və Elşad Şahbazov təmsil edəcək.