Cüdo millimiz Göygöldəki Avropa Kubokunda birinci yeri tutub
Göygöldə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi turnirdə 14 medal qazanıb.
Komandamız 4 qızıl, 1 gümüş və 9 bürünc mükafatla komanda hesabında birinci yeri tutub.
Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü olub.
İkinci yarış günündə Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 14 ölkədən 323 (Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq, həmçinin neytral statuslu cüdoçular) idmançının mübarizə apardığı yarışda Azərbaycan 140 idmançı - 95 oğlan və 45 qızla təmsil olunub.