Cüdoçularımız "Böyük Dəbilqə" turnirində fiaskoya uğrayıblar

Cüdoçularımız "Böyük Dəbilqə" turnirində fiaskoya uğrayıblar

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində medalsız qalıb.

Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə İbrahim Əliyev (73 kq), eyni çəkidə Nəriman Mirzəyev, Ömər Rəcəbli (81 kq) və Aytac Qardaşxanlı (63 kq) ümidləri doğrultmayıblar.

Onlardan yalnız Ömər Rəcəblinin bürünc medal əldə etmək imkanı olsa da, cüdoçumuz həlledici görüşdə ukraynalı Mixail Svidarka uduzub.

Qeyd edək ki, ötən gün yarışa qoşulan yığmanın səkkiz üzvü də turniri medalsız başa vurub.

Yarış sabah başa çatacaq.

Ölkəmiz “Böyük Dəbilqə”də 12 cüdoçu ilə təmsil olunurdu.