Cüdoçularımız İspaniyada Avropa Kubokunda 2 medal qazanıblar

Cüdoçularımız İspaniyada Avropa Kubokunda 2 medal qazanıblar

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku start götürüb.

Mediasport.az xəbər verir ki, Azərbaycanın iki idmançısı turnirin ilk günündə bürünc medal qazanıb.

Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Avropa Kubokuna bu gün yekun vurulacaq.