Zaqreb Qran-prisində yarışacaq idmançılarımız müəyyənləşdi

Zaqreb Qran-prisində yarışacaq idmançılarımız müəyyənləşdi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-pridə mübarizə aparacaq Azərbaycan cüdoçuları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ölkəmiz turnirdə 8 çəki dərəcəsi üzrə 2 qadın və 6 kişi idmançı ilə təmsil olunacaq.

Qadınların yarışında Aydan Əliyeva (52 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli, Zəməddin Poladov (hər ikisi 81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) və İmran Yusifov (+100 kiloqram) gücünü yoxlayacaq.

Qran-pri sentyabrın 13-15-də təşkil ediləcək.