Daha 3 güləşçimiz "Çempionlar" turnirində medal əldə edib
Türkiyənin Antalya şəhərində güləşçilərin U-20 yaş qrupu üzrə "Çempionlar" turniri davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 idmançısı medal qazanıb.
Qadın güləşində Əsmər Cankurtaran (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kq) və Anar Cəfərli (92 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, güləşçilərimiz ilk gündə də yarışı 3 medalla başa vurublar.
Ruzanna Məmmədova (62 kq) çempion olub, Elvina Kərimzadə (50 kq) və sərbəst güləşçi Ramik Heybətov (70 kq) üçüncü yeri tutublar.