Güləşçimiz Nihad Quluzadə Dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz Nihad Quluzadə Dünya çempionatında gümüş medal qazandı

Yunan-Roma güləşçimiz Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında final görüşünə çıxıb.

mediasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib.

Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.