DÇ-2022: Xorvatiya və Mərakeş 1/8-də, Belçika yığması qrupda qaldı!

DÇ-2022: Xorvatiya və Mərakeş 1/8-də, Belçika yığması qrupda qaldı!

Dünya Kuboku-2022-də daha bir sürpriz nəticə qeydə alınıb.

mediasport.az xəbər verir ki, az əvvəl başa çatan F qrupunun oyunlarından sonra daha iki millinin 1/8 finala çıxması rəsmiləşib.

Pley-off şansını son tura saxlayan hazırkı Dünyü üçüncüsü Belçika yığması vitse-Dünya çempionu Xorvatiyanın müqavimətini qıra bilməyib - 0:0.

Paralel oynanılan qarşılaşmada isə Kanada millisinə qalib gələn Mərakeş inanılmaz nəticə ilə  - qrup lideri kimi pley-offa vəsiqəni təmin edib - 2:1.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü tur


F qrupu

Kanada – Mərakeş 1:2

Qollar: Nayef Aqerd, 40-öz qapısına – Hakim Ziyeş, 4. Yussuf En-Nesiri, 23.

Baş hakim: Rafael Klaus (Braziliya)

Xorvatiya – Belçika 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə).

“Əhməd bin Əli” stadionu.

Xallar: Mərakeş - 7. Xorvatiya - 5. Belçika - 4. Kanada - 0.