Jiru və Mbappedən yeni rekord
Dünya Kubokunun 1/8 finalında Polşa millisini məğlub edən (3:1) qolların müəllifləri - Olivye Jiru və dublla yadda qalan Kilian Mbappe yeni rekord müəyyənləşdiriblər.
mediasport.az xəbər verir ki, 36 yaşlı hücumçu millidəki qollarının sayını 52-yə çatdırmaqla əfsanəvi Tyerri Anrini (51 qol) geridə qoyub.
Mbappe isə yığmasının heyətində Dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu kimi tarixə düşüb.
O, qollardan 5-nə bu DÇ-də imza atıb. 4 dəfə isə 2018-ci ildə Rusiyada keçirilən mundialda fərqlənmişdi.