Dünya Kubokunda erkən final: İspaniya Almaniyaya qarşı

Dünya Kubokunda erkən final: İspaniya Almaniyaya qarşı

Qətərdə keçirilən 22-ci Dünya Kubokunun final mərhələsi getdikcə daha gərgin, maraqlı və baxımlı alınır.

mediasport.az xəbər verir ki, bu gün mundialın qrup oyunlarının ikinci turu çərçivəsində azarkeşlər daha 4 duelə tamaşa edəcəklər.

Sözsüz, günün matçı, erkən final da adlandırıla biləcək görüş İspaniya - Almaniya qarşdırumasıdır. Afişa istənilən halda oyunun səviyyəsindən xəbər verir. Lakin Bundestimin açılış matçında gözlənilmədən Yaponiyaya məğlub olması bu qarşılaşmaya marağı pik həddə çatdırmaya bilməz.


Dünya Kuboku. Final mərhələsi. İkinci tur

14:00 Yaponiya - Kosta Rika (İctimai TV, TRT1, Matç TV)

17:00 Belçika - Mərakeş (İctimai TV, TRT1, Matç TV)

20:00 Xorvatiya - Kanada (İctimai TV, TRT1, Matç TV)

23:00 İspaniya - Almaniya (İctimai TV, TRT1, Matç TV)