DÇ-2022-də növbəti yarımfinal: Finala kim çıxacaq - Fransa, yoxsa Mərakeş?

DÇ-2022-də növbəti yarımfinal: Finala kim çıxacaq - Fransa, yoxsa Mərakeş?

Dünya Kuboku-2022-də bu gün ikinci finalçının - həlledici görüşdə Argentina yığmasına rəqib olacaq komandanın aydınlıq gətiriləcək.

mediasport.az xəbər verir ki, artıq finişə yaxınlaşan 22-ci mundialın ikinci yarımfinal qarşılaşmasında son Dünya çempionu Fransa ilə yarışın sürpriz komandası Mərakeş üz-üzə gələcək.

Kağız üzərində favorit Didye Deşamın komandası sayılsa da, Afrika qitəsi tarixinə yarımfinala çıxmaqla ilk yığma kimi düşən mərakeşlilər bu mərhələyə qədər təsadüfi gəlmədiklərini sübut etdiklərindən, görüşün "xoruzlar" üçün asan keçməyəcəyini indidən proqnozlaşdırmaq olar.


Dünya Kuboku-2022. 1/2 final mərhələsi

23:00 Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos (Meksika)

"Əl Beyt" stadionu