Dörd güləşçimiz DÇ-nin təsnifat mərhələsindən mübarizəyə qoşulur
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Təsnifat mərhələsində Bəşir Verdiyev (57 kq) Kaio Duarten (Braziliya), Ayxan Abdullazadə (65 kq) Daniel Marian Sandu (Rumıniya), Ramik Heybətov (70 kq) Bohdan Olenyuk (Ukrayna), Emin Qocayev (79 kq) Adilet Nubekoviç (Qırğızıstan) ilə üz-üzə gələcək.
97 kq çəki dərəcəsində Xetaq Karsanov 1/8 finalda Aitenir Maksatovla (Qırğızıstan) qarşılaşacaq.
Azərbaycan buna qədər turnirdə 1 gümüş, 2 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı 3-cü yerdə tamamlayıb.
Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.