"Qələbəmi məşqçim Mehman Allahverdiyevə həsr edirəm"
"Ölkəmə ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm. Birinci yeri tutmaq üçün çox çalışdım və hədəfimə çatdım".
mediasport.az xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanan qadın güləşçi Gültəkin Şirinova deyib.
İdmançı qeyd edib ki, ağır məşqlər sonunda öz bəhrəsini verdi: "Bir çox yarışlarda iştirak etmişəm, lakin bu atmosfer tamam fərqli idi. Düzdür, rəqiblərim çox güclü idi. Buna baxmayaraq, qızıl medal mənə qismət oldu. Dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Qələbəmi məni bu yarışa hazırlayan əziz məşqçim Mehman Allahverdiyevə həsr edirəm".
Qeyd edək ki, Gültəkin Şirinova Beynəlxalq Universitet İdman Festivalında Azərbaycana ilk qızıl medalı qazandırıb.