Qazyumov: "Məşqçilik karyeramın ən xoşbəxt günlərini yaşayıram"

Qazyumov: "Məşqçilik karyeramın ən xoşbəxt günlərini yaşayıram"

"Hər kəsin ümidlərini doğrultduq. Məşqçilik karyeramın ən xoşbəxt günlərini yaşayıram".

Mediasport.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi Xetaq Qazyumov deyib.

Osetiyalı mütəxəssis Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycan xalqını sevindirdikləri üçün qürur hissi keçirdiklərini bildirib:

“Əziyyətimizin bəhrəsini gördüyümüzə görə şadam. Uşaqlar bacarıqlarını maksimum şəkildə göstərdilər. Onlara təşəkkür edirəm. Paris olimpiadasına özümüz üçün plan hazırlayacağıq. Üç gündən sonra yenidən iş başında olacağıq. Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Aşağı yaş qruplarında olan güləşçiləri də buraya cəlb edəcəyik".

Qeyd edək ki, dünən yığmamızın 5 üzvü Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.