Turan Bayramovdan nəfəskəsən görüş və olimpiadaya lisenziya

Turan Bayramovdan nəfəskəsən görüş və olimpiadaya lisenziya

Azərbaycanın daha bir sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, Əliabbas Rzazadə və Hacı Əliyevin ardından Turan Bayramov da adını olimpiadanın iştirakçıları sırasına yazdırıb.

Məşhur italyan güləşçi Frank Çamizo ilə duel 8:8 hesabı ilə başa çatsa da, daha yaxşı fənd tətbiqinə görə qalib Bayramov olub.

Bununla Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan idmançılarının sayı 14-ə yüksəlib.

Xatırladaq ki, bu turnirdə finala vəsiqə qazanan idmançılar "Paris-2024"də iştirak hüququ əldə edirlər.

Bir qədər sonra daha 2 sərbəst güləşçimiz lisenziya görüşlərinə çıxacaq.


Avropa Olimpiya Təsnifat turniri. Yarımfinal


57 kq

Əliabbas Rzazadə - Vladimir Yeqorov (Şimalı Makedoniya) 4:3


65 kq

Hacı Əliyev - İslam Dudayev (Albaniya) 6:3


74 kq 

Turan Bayramov - Frank Çamizo Markez (İtaliya) 8:8


86 kq

Osman Nurmaqomedov - Vasili Mixaylov (Ukrayna)


125 kq 

Georgi Meşvildişvili - Alen Xubulov (Bolqarıstan)