İdmançımızın bir zərbəsinə erməni karateçinin beyni silkələndi - VİDEO

İdmançımızın bir zərbəsinə erməni karateçinin beyni silkələndi - VİDEO

Karatenin şotokan növü üzrə Avropa və Dünya çempionu Rafiz Həsənov Rusiyada keçirilən “Moscow - Karate Universe” beynəlxalq turnirində Ermənistanın ən yaxşı karateçisi Davit Makyan üzərində inamlı qələbə qazanıb.

mediasport.az xəbər verir ki, erməni rəqibini bir zərbə ilə məğlub edən təmsilçimiz finalda rus karateçiyə uduzaraq gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.