Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

 Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

“Düşünürəm ki, çövkən yarışları 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".

Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

Federasiya rəsmisi bununla bağlı Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparıldığını qeyd edib.

O, bildirib ki, çövkən Azərbaycanın qədim idman növlərindən biri hesab olunur və bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına töhfə verməyə çalışırlar.

Bəhruz Nəbiyev Azərbaycanın yorğa atlarının beynəlxalq yarışlarda iştirakının nəzərdə tutulduğunu vurğulayıb:

"Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".