Yeniyetmə və gənc karateçilərimiz Liqa yarışında çempion olublar

Yeniyetmə və gənc karateçilərimiz Liqa yarışında çempion olublar

Azərbaycanın yeniyetmə karateçisi Nəsimi Musayev Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərində keçirilən Liqa yarışında çempion olub.

Mediasport.az xəbər verir ki, o, 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb.

Gənclərin yarışında isə Gülay Orucova (59 kq) qızıl, Fərid Hacızadə (55 kq) gümüş mükafata yiyələnib.

Qeyd edək ki, beynəlxalq turnirdə 76 ölkədən 1856 karateçi mübarizə aparıb.