Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalandı

Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının (TGF) rəhbəri Yıldırım Dəmirörən əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

mediasport.az xəbər verir ki, əməkdaşlıq müqaviləsi çərçivəsində məşqçi təlimləri, gənclərin inkişaf proqramları, hakim hazırlığı, infrastrukturun inkişafı, yarışların təşkili, ölkədə idmançıların sayının artırılması, texniki məsələlər üzrə qarşılıqlı ekspertiza və digər məsələlərdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Müqaviləyə əsasən, Türkiyə və Azərbaycan bütün yaş kateqoriyaları üzrə xüsusi matçlar və ikili düşərgələr təşkil edəcək.