Azərbaycan yığma komandası iki günə 12 qol buraxmaqla uduzdu
Futzal üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinada ikinci beynəlxalq yoldaşlıq oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, yığmamız yerli milli komandaya ardıcıl ikinci dəfə məğlub olub (5:1).
Yığmamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.
Komandalar arasında baş tutan ilk qarşılaşmada Azərbaycan 0:7 hesabı ilə uduzmuşdu.
Beynəlxalq yoldaşlıq oyunu
Bosniya və Herseqovina - Azərbaycan - 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 - Oktay Rüstəmli, 24:26.
Hakimlər: Nikola Tadiç, Farik Keço, Vedran Marçinko.
Sarı vərəqələr: Dejan Pavloviç, 13:36, Srdan İvankoviç, 22:23 - Seymur Məmmədov, 25:48.
Bosniya və Herseqovina: 1. Senad Poraçanin (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Muanis Duvnjak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç.
Baş məşqçi: Qoran Melher.
Azərbaycan: 12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.
Zeniça, "Huseyn Smayloviç" Arenası.