Azərbaycanı avrokuboklarda təmsil etmiş klub fəaliyyətini dayandırdı
Azərbaycanda 2 voleybol klubu fəaliyyətini dayandırıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan Yüksək Liqasında yarışan kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları dağılıb.
Bu barədə hər iki klubun təsisçisi İlqar İmamquliyev və "Xarı Bülbül Şuşa"nın baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesablarından paylaşım edib.
Mövsümün əvvəlindən maliyyə sıxıntısı yaşayan hər iki klub sponsorsuzluqdan dayanmaq məcburiyyətində qalıb.
Cari mövsüm Azərbaycanı avrokuboklarda təmsil etmiş yeganə kişi komandamız "Xarı Bülbül Şuşa" bunadək çempionatda 5 qələbə qazanmış və 16 xalla liderlər sırasında qərarlaşmışdı.
Bu 2 klubun buraxılması ilə çempionatda qalan komanda sayı 4 olub.