Astarada qalib Çin oldu
Basketbolun 3x3 növü üzrə Dünya Qadınlar Seriyasında Astara mərhələsinə yekun vurulub.
mediasport.az xəbər verir ki, mərhələnin qalibi Çin komandası olub.
Əvvəlcə 1/4 final oyunları baş tutub. Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi" Çin millisinə 6:21 hesabı ilə məğlub olub, Avstriya Macarıstana 14:8, Misir yığması Çinin "Yuanda" klubuna 21:13 hesabı ilə qalib gəlib.
Yarımfinal qarşılaşmalarında Çin millisi Ukraynanı 19:17, Misir yığması isə Avstriyanı 21:14 hesabıyla üstələyib. Həlledici dueldə Misir basketbolçularına qalib gələn asiyalılar Astaradakı turnirin qalibi adını qazanıblar.