Avropa Kuboku: Qadınlardan ibarət millimiz mübarizəni dayandırıb

  Avropa Kuboku: Qadınlardan ibarət millimiz mübarizəni dayandırıb

3x3 basketbol üzrə qadınlardan ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürüb.

Mediasport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan keçirdiyi ikinci oyunda Avstriyaya uduzub.

Yığmamız ilk görüşdə İspaniyaya məğlub olmuşdu.

Beləliklə, qadınlar ibarət milli komandamız turnirdə mübarizəni dayandırıb.

Avropa Kuboku. C qrupu

Azərbaycan - Avstriya 7:21