"Sabah"ın isveçlilərlə Çempionlar Liqası oyunu Türkiyədə keçiriləcək
Kişi basketbolçular arasında keçiriləcək Çempionlar Liqasının təsnifat mərhələsi oyunlarının təşkil ediləcəyi ölkə açıqlanıb.
Mediasport.az xəbər verir ki, FİBA raundun görüşlərinin Türkiyədə keçirilməsinə qərar verib.
Antalyada baş tutacaq mərhələdə Azərbaycan ilk dəfə təmsil olunacaq.
Son ölkə çempionu "Sabah" 1-ci qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. Təmsilçimizin rəqibi İsveçin “Norçöpinq” kollektivi olacaq.
Görüş sentyabrın 17-də, Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.
Sentyabrın 19-na planlaşdırılan yarımfinalda bu cütün qalibi "Friburq”la (İsveçrə) qarşılaşacaq.
Digər yarımfinalda “Benfika” (Portuqaliya) ilə “Rilski” (Bolqarıstan) - “Nokia” (Finlandiya) cütünün qalibi üz-üzə gələcək.
Sentyabrın 21-də baş tutacaq final duelini qazanacaq komanda əsas mərhələdə iştirak hüququ əldə edəcək.
Antalya mərhələsində ümumilikdə 24 komanda 4 qrupda yarışacaq.