Gənc gimnastlarımız Portuqaliyada bürünc medal qazandılar

Gənc gimnastlarımız Portuqaliyada bürünc medal qazandılar

Azərbaycanın bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

mediasport.az xəbər verir ki, Şəms Ağahüseynova və Nuray Əhmədzadə cütlüyü bürünc medal qazanıb.

İdmançılarımız gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yarışa sabah yekun vurulacaq.