Heyətdə 8 nəfərlə qalan ölkə çempionu "Neftçi"yə 4 qol vurdu

Heyətdə 8 nəfərlə qalan ölkə çempionu "Neftçi"yə 4 qol vurdu

Futzal üzrə Yüksək Liqanın IV turundan təxirə salınmış oyun keçirilib.

mediasport.az xəbər verir ki, lider “Araz-Naxçıvan” əsas rəqiblərindən “Neftçi” İK-nı asanlıqla məğlub edib.

Maraqlıdır ki, baş məşqçi Joze Alesio komandasını matça məhdud heyətlə çıxarıb.  5 futzalçı ilə vidalaşan “Araz-Naxçıvan” 2-si qapıçı olmaqla, ümumilikdə 8 nəfərlə mübarizə aparıb. Anderu Varqas zədəli, Fərid Ələkbərov isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyib. Görüşdə "Neftçi" İK 2 qırmızı vərəqə alıb.


Futzal. Yüksək Liqa. 4-cü tur

“Araz-Naxçıvan” – “Neftçi” İK 4:2

Qollar: Oktay Rüstəmli, 19:03, Viktor Ponce, 31:15, 32:41, Katatau, 35:59 // Nurlan Mehdizadə, 28:08, Rüfət Balakişiyev, 29:51

Araz-Naxçıvan: 19. Cavad Məmmədov (q), 6. Viktor Ponce, 7. Ramiz Çovdarov, 17. Felipinyo, 21. Katatau, 1. Azər Fərmanov (q), 9. Oktay Rüstəmli, 14. Xəzər Ağalızadə

Baş məşqçi: Joze Alesio Da Silva

Neftçi İK: 1. Emin Kürdov (q), 7. İlkin Hacıyev, 9. Nurlan Mehdizadə, 10. Rüfət Balakişiyev (k), 11. Hasan Ali Jafari, 12. Anar Məmmədov (q), 3. Kənan Manafov, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 17. Asif Zeynalov, 38. İbrahim Zeynalov, 94. Rüstəm Bağırov

Baş məşqçi: Hacıbala Abdullazadə.