Gimnastlarımız Dünya çempionatında medalsız qaldılar
Bolqarıstanın Sofiya şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 36-cı Dünya çempionatı keçirilib.
mediasport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən yığma üzvləri - batutçumuz Selcan Mahsudova və tambliqçimiz Mixail Malkin uğursuzluqla yadda qalıb.
Ötən il Bakıda keçirilən Dünya çempionatının gümüş, bu il İtaliyanın Rimini şəhərində təşkil edilmiş Avropa çempionatının gümüş və bürünc medalçısı olan Mixail Malkin DÇ-ni 25 xalla 14-cü pillədə başa vurub.
Bu il paytaxtımızda keçirilmiş Dünya Kuboku yarışında gümüş medal qazanmış və böyüklər arasında Dünya çempionatında debüt edən Selcan Mahsudova isə 50.290 xalla 18-ci pillədə qərarlaşıb.
İdmançılarımız noyabrın 23-26-da eyni şəhərdə aidiyyəti idman növləri üzrə Dünya yaş qrupları yarışlarında iştirak edəcəklər. Bu yarışda ölkəmiz batut gimnastikası və tamblinq üzrə ümumilikdə 17 idmançı ilə təmsil olunacaq.