Gimnastlarımız Polşaya gediblər

Gimnastlarımız Polşaya gediblər

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Polşaya yollanıblar.

Mediasport.az xəbər verir ki, idmançılarımız paytaxt Varşavada keçiriləcək “Wars and Sawa Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

Yarışda Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Fərmanova, Aynur Yusufova və Lalə Hüseynova (böyüklərdən ibarət qadın qrupu), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri (yeniyetmələrdən ibarət qadın qrupu), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü) qüvvələrini sınayacaqlar.