Gimnastlarımız Böyük Britaniyada qızıl medal qazandılar

Gimnastlarımız Böyük Britaniyada qızıl medal qazandılar

Azərbaycan gimnastları Birmingem şəhərindəki açıq Böyük Britaniya çempionatında uğurlu nəticə göstərib. MediaSport.az xəbər verir ki, təmsilçimiz Maqsud Mahsudov və Selcan Mahsudova batut növündə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Hüseyn Abbasovla Tofiq Əlyev də medalsız qalmayıb. Onlar müvafiq olaraq batut və tamblinq növündə bürünc medallara yiyələniblər.