Yığmamızın 2 komandası eyni növdə Avropa çempionu olub

Yığmamızın 2 komandası eyni növdə Avropa çempionu olub

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının iki komandası Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında eyni növdə qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, idmançılarımız çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnib.