"Hakimlik bərbaddır, günü-gündən də pisləşir" - AYXAN ABBASOV
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının "Zəfər turu" adlanan 12-ci turu çərçivəsində səfərdə "Səbail"ə məğlub olub
Mediasport.az xəbər verir ki, qərb klubunun baş məşqçisi Ayxan Abbasov oyun haqqında fikirlərini bildirib.
O, halimlikdən şikayətçi olub:
"Gərgin və çətin oyun keçəcəyini bilirdik. Amma Ağabalaya görə çox üzgünük. Hər şeyi kənara qoysaq sağlamlıq önəmlidir. Allahdan ona şəfa diləyirik.
Birinci hissədə oyunun taleyini həll edə bilərdik. Çox təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. İlk 5 dəqiqədə diqqətli olmağı tapşırmışdım fasilədə. Bilirdik ki, rəqib ikinci hissə başlayanda irəli atılacaq, standart vəziyətlərdə yaxşıdılar. Qorxduğumuz epizodlardan qol buraxdıq. Ardınca penalti. Maraqlı epizoddur. Rəqibə toxunuş yox idi. Ümumilikdə hakimlik bərbad idi. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə futbolda 17 qayda var. Bizdə 18-ci də var.
Qapıçı ilə təkbətək çıxandan sonra son ümid foluna sarı da vermək olar. Hakim deyir başından əlinə dəyib. Qaydada varmı harasa dəydikdən sonra qırmızı vərəqə verilməlidir? Danışmaq istəmirəm. Hakimlik bərbaddır. Günü-gündən də pisləşir. İkinci hissə rəqib müdafiəyə oturdu. Qol imkanlarından istifadə edə bilmədik. Günah özümüzdədir. Birinci hissə oyunun taleyini həll etməliydik. Təəssüf ki, nəticə əldə edə bilmədik. Oyun baxımından üstün idik".