Niger millisinin hücumçusu Azərbaycanda çıxış edəcək
"Zirə" heyətini legioner hücumçu ilə gücləndirib.
mediasport.az xəbər verir ki, paytaxt klubu İssa İbrahim Cibrila ilə anlaşıb.
Nigerli futbolçu ilə iki il yarımlıq müqavilə imzalanıb. Anlaşma 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcək. Niger millisinin 27 yaşlı forvardı son olaraq Türkiyənin "Ankara Keçiörəngücü" klubunda oynayıb. Sentyabrdan azad agent statusu daşıyan afrikalı ötən mövsüm 21 oyunda 4 qol, 1 assistlə yadda qalıb.