Tovuz klubu üçün əlamətdar oyun
Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu “Turan Tovuz” üçün əlamətdar olub.
Mediasport.az xəbər verir ki, "Səbail" səfərində Tovuz klubunun heyətində Məzahir Məmmədzadə Yüksək Liqada debüt edib.
Baş məşqçi Ayxan Abbasovun əvəzedicilərdən əsas komandaya cəlb etdiyi 21 yaşlı yarımmüdafiəçi ikinci hissədə meydana çıxıb.
Bayıl klubuna qarşı özünü yaxşı tərəfdən göstərən futbolçu son ildə bu sevinci yaşayan dördüncü gənc oyunçudur.
Məmmədzadənin avqustda 22 yaşı tamam olacaq.