Hidayət Abdullayev Beynəlxalq Paralimpiya Komitəsinin yığıncağında iştirak edib

Hidayət Abdullayev Beynəlxalq Paralimpiya Komitəsinin yığıncağında iştirak edib

Bəhreyn Krallığının Manama şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Beynəlxalq Paralimpiya Komitəsinə üzv olan 209 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Görüşdə ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsini Komitəsinin prezidenti Hidayət Abdullayev təmsil edib. Yığıncaqda Beynəlxalq Paralimpiya Komitəsinin fəaliyyətinə dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində müxtəlif ölkələrin Paralimpiya Komitələrinin nümayəndələri, beynəlxalq idman federasiyalarının prezidentləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Paralimpiya Komitəsinin səsvermə hüququna sahib olan tam hüquqlu üzvüdür.