Yığma komandamızdan Dünya Kubokunda ikinci dəst medal
Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda növbəti medalı qazanıb.
Mediasport.az xəbər verir ki, qrup hərəkətləri komandası bu dəfə halqa ilə çıxışlarda bürünc medal dəstinə sahib olub.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız 36,100 bal toplayıblar.
Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycanın qrup komandası dünən çoxnövçülükdə bürünc əldə edib.