İkinci dövrəyə start verilib: "Qarabağ"dan ardıcıl 6-cı qələbə

İkinci dövrəyə start verilib: "Qarabağ"dan ardıcıl 6-cı qələbə

Qadın həndbolçuların ölkə çempionatında ikinci dövrəyə start verilib.

Mediasport.az xəbər verir ki, “AHF Arena”da keçirilən 6-cı turun açılış matçında “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib.

Nominal meydan sahiblərinin üstünlüyü ilə yadda qalan oyun 35:22 hesabı ilə başa çatıb.

Turun mərkəzi matçında “Qarabağ” “Kür”ü qəbul edib. Ardıcıl 5 görüşdə qalib gələn “Qarabağ” növbəti qələbəni rəsmiləşdirib - 29:25.  

“Azəryol” - “Gənclər Birliyi” qarşılaşmasında birincilər fantastik fərqlə qalib gəliblər - 57:5.

Kişilərin mübarizəsində 6-cı tur “İdman Akademiyası” – “Bakı” görüşü ilə start götürüb. "Bakı" rəqibindən üstün olub - 37:20.

“Azəryol” – “Təhsil” duelində birinciləri (39:29), “Qarabağ” - “Dinamo” matçında isə Ağdam klubu qələbə qazanıb (48:32).