İbrahim Yusubov Dünya Seriyasında bürünc medal qazandı

İbrahim Yusubov Dünya Seriyasında bürünc medal qazandı

Sinqapurda çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsinə yekun vurulub.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, təmsilçilərimizdən İbrahim Yusubov uğurlu çıxış edib.

90 kq çəkidə yarışan idmançımız bürünc medal qazanıb.

Yarış Dünya Çimərlik Oyunlarına lisenziya xarakteri daşıyıb. Ölkəmiz 70, 80, 90 və +90 kq-da Oyunlarda iştirak hüququ qazanıb. Dünya Çimərlik Oyunları 10-11 avqustda İndoneziyanın Bali şəhərində keçiriləcək.