Dünya Güləş Birliyi Hacı Əliyev ilə bağlı paylaşım edib - "Təşəkkürlər!"

Dünya Güləş Birliyi Hacı Əliyev ilə bağlı paylaşım edib - "Təşəkkürlər!"

"Hacı, əla karyeraya imza atmısan. Xoş xatirələrə görə təşəkkürlər!"

Mediasport.az xəbər verir ki, bu sözlər Dünya Güləş Birliyinin ("United World Wrestling" - UWW) rəsmi "Facebook" hesabında azərbaycanlı sərbəst güləşçi Hacı Əliyev haqda edilən paylaşımda yer alıb.

Hacı karyerası ərzində Olimpiya Oyunlarında gümüş və bürünc medallar qazanıb, 3 dəfə dünya, 4 dəfə Avropa çempionatının qalibi olub.