Azərbaycan Avropa çempionatında 42 idmançı ilə təmsil olunur

Azərbaycan Avropa çempionatında 42 idmançı ilə təmsil olunur

1-4 oktyabr tarixlərində Bakıda kəmər güləşi üzrə 3-cü Avropa çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında ölkəmizə səfər etmiş məşqçi və nümayəndə heyətlərinin iştirakı ilə görüş olub.

Daha sonra yarışla bağlı mətbuat konfransı təşkil edilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibulin, kəmər güləşi üzrə 8 qat dünya çempionu Qabdicalil Süleymanov və Olimpiya Oyunlarının gümüş medalçısı İrek Zinurov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Konfransda yarış və kəmər güləşinin tarixi haqqında məlumat verilib. Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, kəmər güləşi üzrə 3-cü Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.

Turnirdə 20 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycanın kəmər güləşi üzrə milli yığma komandası yarışda 32 kişi və 10 qadın idmançı ilə təmsil olunur.