İddiaçılar Turnirində 11-ci tur: Nicat Abasov Firuzcaya uduzub
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov 11-ci turda Fransa şahmatçısı Əlirza Firuzca ilə qarşılaşıb.
28 yaşlı qrossmeysterimiz qara fiqurlarda məğlub olub. Beləliklə, Nicat ilk “3-lüy"ə düşmək şanslarını da tam itirib.
Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Turnir aprelin 22-də yekunlaşacaq.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.